30 Avqust, 2019
Üç şəhərin baş planının tərtibi üçün pul ayrıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının tərtibi işlərinin satın alınması üzrə üç tenderin nəticələrini açıqlayıb. Komitənin məlumatına görə, müvafiq olaraq "İNTEGRİS" MMC-yə 140 095 manat, "Azərdövlətlayihə" DBLİ-yə 148500 manat və "EL&EN" firmasına 153 000 manat ödəniləcək.

Qeyd olunan təşkilatlarla satınalma müqaviləsi bağlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!