30 Avqust, 2019
Daha bir avtomobil qəzası: ölən var

Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Simsar.az - a verilən məlumta görə, avqustun 30-da saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sərnişini olan paytaxt sakini İsmayıl Şükürlü hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!