30 Avqust, 2019
Trampın şəxsi köməkçisi vəzifəsindən istefa verib

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın şəxsi köməkçisi Madlen Vesterhaut, dövlət başçısının həyatından bəhs edən bəzi xəbərləri jurnalistlərə söylədiyinə görə vəzifəsindən istefa verib. Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Madlen bu yaxınlarda Ağ Evdəki vəzifələrini genişləndirməyə, o cümlədən prezidentin xarici səfərlərini təşkil etməyə çalışıb. Onun bu hərəkətləri Administrasiyasındakı bəzi rəsmilərin narazılığına səbəb olub.

Nəşrə görə, istefaya əsas səbəb kimi Madlenin prezidentin həyatı ilə bağlı mətbuat üçün nəzərdə tutulmayan xəbərləri jurnalistlərə danışmasıdır. Bu məlum olduqdan sonra Ağ Evdə onun işdən çıxarılması fəal müzakirə olunub və nəticədə Madlen cümə axşamı istefa verib.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!