29 Avqust, 2019
Yevlaxda 40 yaşlı kişi Kürdə boğuldu

Yevlaxda bir nəfər Kür çayına düşərək boğulub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!