29 Avqust, 2019
Yük maşını qadını vuraraq öldürüb - BAKIDA

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avqustun 28-i Sabunçu rayonu Maştağa qəsəbəsində yük maşını 1949-cu il təvəllüdlü Bədəlova Tahirə Əsgər qızını vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!