29 Avqust, 2019
Deputatların tətil müddəti sabah başa çatır

Sabah – avqustun 30-da Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır. Sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Xatırladaq ki, deputatlar iyulun 15-də tətilə çıxmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!