9 İyun, 2011
VERGİ ÖDƏYİCİLƏRİ RAHATLANSIN

Yoxlamalarının sayı və əhatə dairəsi minimuma endirilir

Vergilər Nazirliyi əməkdaşları ilə vergi ödəyiciləri arasında tez-tez yaşanan narazılıqlar bundan sonra səngiyə bilər. 

Simsar.az saytının məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda vergi yoxlamalarının sayı və əhatə dairəsi minimuma endirilməlidir.

Açıqlamasının Vergilər Nazirliyinin rəsmi mövqeyi olduğunu deyən S.Ələkbərov tətbiqi nəzərdə tutulan elektron audit sistemi bu məqsədə xidmət edir.

Nazir müavini onu da vurğulayıb ki, yalnız vergi ödəyicilərinə xidmətlə məşğul olan orqan əməkdaşlarının vergi ödəyicilərilə birbaşa təmasda olmaq hüququ var. Səyyar və növbədən kənar yoxlamalara gəlincə, bunlar müvafiq reyestrə salınır və mandat əldə ediləndən sonra yoxlama aparıla bilər.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!