28 Avqust, 2019
Yerə iki nəhəng asteroid yaxınlaşır

İki nəhəng asteroid sentyabrın 14-də Yerə yaxınlaşacaq. "RİA Novosti" xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata əsasən, 2000QW7 adı verilmiş asteroidlərdən birinin diametri 290-650 metr arasında dəyişir. O, Yerə 5,3 milyon kilometr məsafəyədək yaxınlaşacaq.

Həmin gün 2010CO1 asteroidi də Yerə eyni məsafə qədər yaxın olacaq. Onun diametri isə 120-260 metr təşkil edəcək.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!