28 Avqust, 2019
İsmayıllıda toyda kütləvi zəhərlənmə

İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.  Hadisə rayonun Qəzili kəndində qeydə alınıb. Kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində qonaqların halı pisləşib. Onlar təcili İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, zəhərlənmə ilə bağlı 30 nəfər müraciət edib. İlkin tibbi yardımdan sonra xəstələr ambulator müayinə üçün evə buraxılıb. Xəstəxanada ikisi uşaq olmaqla, dörd nəfər maüalicə alır. Onların vəziyyəti normaldır. Faktla bağlı araşdırma aparılır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!