27 Avqust, 2019
Azərbaycanlı hərbi pilotlar MiQ-29-larla təlim keçəcək

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə "TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimləri keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyindən Simsar.az - a verilən məlumata görə sentyabrın 2-dən başlayacaq təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 "Kasa" təyyarələri, Mi-35, Mi-17, "Sikorski" UH-70, CH-47 "Çinok" və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 16-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!