27 Avqust, 2019
Bakıda silahlı şəxs tutuldu

Keçmiş məhkumdan silah götürülüb. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan "AKS-47" markalı avtomat silahı və 20 ədəd patron götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!