26 Avqust, 2019
Bakıda qadını bıçaqlayan şəxs tutulub

Bakıda qadına bıçaqla xəsarət yetiriblər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulub. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!