26 Avqust, 2019
Goranboyda qəza - Ölən və xəsarət alanlar var

Goranboy rayonunun Veyisli kəndi ərasində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Simsar.az - a verilən məlumata görə, avqustun 24-də saat 21 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində rayon sakini S.Quliyevin idarə etdiyi “KamAZ” və Tərtər rayon sakini R.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Əhmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!