23 Avqust, 2019
Bakıda maşın qəflətən alovlandı, qapıları kilidləndi

Bakı "BMW" markalı maşın yanıb. Hadisə Mikayıl Əliyev küçəsində, "Neolit" şadlıq sarayının yaxınlığında baş verib. Hadisənin görüntüləri oxucular tərəfindən redaksiyamıza göndərilib. Bildirilir ki, yanğın avtomobilin salonunda başlayıb. Maşının qapıları kilidləndiyi üçün sürücü və sərnişinlər şüşələri sındıraraq yanğından xilas ola biliblər. Videodan görünür ki, yanan maşını FHN əməkdaşları deyil, ətrafda olan insanlar söndürməyə çalışır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!