22 Avqust, 2019
Taxta bazarındakı yanğında FHN əməkdaşları zəhərləndi

Bakıda Dərnəgül ərazisində yerləşən taxta bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) üç əməkdaşına yerində yardım edilib.

Daha üç nəfər (onlardan iki nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!