9 İyun, 2011
“Azəriqaz” borcunu istəyir

Qurum istehlakçılara xəbərdarlıq edir

Son vaxtlar bir sıra həyət evlərində qaz nasoslarının qoyulması hallarına rast gəlinir. 

Simsar.az-ın verdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin sədri Xəyal Ağamirov bu kimi halların qətiyyən yolverilməz olduğunu bildirib. 

Xəyal Ağamirov deyib ki, belə nasoslar tək həmin ev üçün yox, bütöv məhəllə üçün ciddi təhlükə mənbəyidir: “Qaz xətti üzərində bu və ya digər müdaxilə yolverilməzdir. Bu nasoslar sayğacın işləmə mexanizmini də pozur, qaz itkisi yaranır. Biz belə vətəndaşları cərimələyirik. Ancaq vətəndaşlar özləri belə hallara yol verməkdən çəkinməli, özlərinin və ətrafdakı insanların həyatlarını təhlükə altında qoymamalıdırlar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!