19 Avqust, 2019
3 rayonda qaz təchizatı dayandırılıb

Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-cü km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı avqustun 18-i saat 16:50-dan etibarən təmir işləri başa çatanadək Göyçay şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.Verilən məlumata görə, bu gün səhər saat 08:25-dən etibarən isə eyni magistral qaz kəmərində aparılan təmir işləri ilə bağlı Ucar və Zərdab rayonlarının qaz təchizatı dayandırılıb.

Qaz İxrac İdarəsinin məlumatına əsasən qaz təchizatının bərpası avqustun 20-i günün ikinci yarısına planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!