19 Avqust, 2019
Bakı metrosunda qatarların hərəkətində gecikmənin səbəbləri məlum olub

Səhər saatlarında "İçərişəhər" metrostansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib.

Simsar.az xəbər verir ki, təlimatçı-maşinistin qərarına əsasən, qatar xətdə saxlanılıb.

Buna görə də, bütün xətt boyu qısa müddət ərzində 10 dəqiqəlik gecikmə qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!