17 Avqust, 2019
Sabah Bakıda 34 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az - a verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!