9 İyun, 2011
Dövlət Sosial Müdafiə Fondunda anti-korrupsiya komissiyası

Səlim Müslümov: "Goranboy, Suraxanı kimi rayonlarda aparılan tədbirləri misal çəkə bilərəm"

“Dövlət Sosial Müdafiə Fondunda anti-korrupsiya komissiyası fəaliyyət göstərir. Bu sahədə nəzarət tədbirləri həyata keçirilir”. Bunu jurnalistlərlə söhbətində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Simsar.az-ın məlumatına görə, Səlim Müslümov deyib ki, aşkar olunan neqativ hallarla bağlı materiallar hüquq mühafizə orqanlarına təqdim olunub: “Aprel ayında Goranboy, Suraxanı kimi rayonlarda aparılan tədbirləri misal çəkə bilərəm. Bundan başqa prokurorluqdan fonda daxil olan məlumatlar da araşdırılır. Müvafiq şöbələrə bu məsələləri daim diqqətdə saxlayır”.

Səlim Müslümov daxili yoxlamalarla yanaşı, “qaynar xətt” vasitəsi ilə daxil olan məlumatların da yerində araşdırılaraq müvafiq tədbirlərin görüldüyünü söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!