15 Avqust, 2019
Bu rayonlarda qaz olmayacaq

Bu gün bir neçə ərazidə qazın verilməsində fasilələr yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində təbii qazın təchizatı dayandırılacaq.

Həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində qaz təchizatında fasilələr olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!