15 Avqust, 2019
Bu ərazilərdə su olmayacaq

Bu gün Bakıda iki küçəyə içməli suyun verilişində fasilələr yaranacaq. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar 15 avqust 2019-cu il tarixində gün ərzində Şəfayət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!