14 Avqust, 2019
Yaponiyada istilər davam edir: 23 nəfər öldü

Yaponiyada son bir həftə ərzində sərt istidən 23 nəfər ölüb, 12,7 min insan xəstəxanaya düşüb. “RİA Novosti” xəbər verir ki, ölkənin Baş yanğından mühafizə idarəsi avqustun 5-11-nə olan hesabatı ilə bölüşüb.Ən çox zərər çəkən paytaxt Tokioda qeydə alınıb – 1460 nəfər.

Ekspertlərin bildirdiyinə görə, yüksək hava temperaturu hələ iki həftə davam edəcək. Bununla əlaqədar əhaliyə küçədə az gəzmək, sudan və kondisionerlərdən istifadə etmək məsləhət görülür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!