13 Avqust, 2019
Metro gücləndirilmiş rejimə keçir

Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyunu ilə əlaqədar olaraq metroda sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə bütün lazımi tədbirlər görülüb.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, xüsusən “Gənclik”və  “Nəriman Nərimanov” stansiyaları üçün əlavə işçi qüvvəsi ayrılıb:“Bütün təhlükəsizlik tədbirlər görülüb ki, sərnişinlər oyunu izləməyə gedəndə və gələndə tam rahat şəkildə metrodan istifadə etsinlər. Metro saat 00:00-a kimi açıq olacaq. Çünki oyun saat 22:00-da bitəcək”.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə 20:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!