9 Avqust, 2019
Ana və 6 aylıq qızı qəzada yaralandı

Aeroport yolunda -"Sabunçu" keçidinin yanında baş verən avtomobil qəzası nəticəsində ana və körpə qızı yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası, 6 aylıq qızı isə qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri alıblar.

Onlar hadisə şahidlərinin köməyi ilə Elmi Tədqiqat Pedriatriya İnstitutuna gətiriliblər. Yaralılar daha sonra Kliniki Tibbi Mərkəzə aparılıblar. Hazırda onların müalicələri davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!