9 Avqust, 2019
Bu ərazilərdə işıq yoxdur

Hazırda Ceyranbatan və Bağlar massivində qabaqlayıcı tədbirlər məqsədilə elektrik enerjisi təchizatı dayandırılıb. Bu barədə  Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, qurum baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür: “Hazırda Bakıda və regionlarda istehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yoxdur. Havanın küləkli və yağışlı olması səbəbindən yalnız Abşeron yarımadasının bəzi ərazilərində baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq bir neçə dəqiqəlik elektrik enerjisi təchizatı dayandırılır.

Hazırda bu tədbirlər Ceyranbatan və Bağlar massivində həyata keçirilir. Təchizatın dayandırılması isə 30 dəqiqədən çox çəkmir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!