8 Avqust, 2019
Türkiyədə zəlzələ panikaya səbəb oldu

Türkiyənin İzmir vilayətinin Səfərihisar şəhərində Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 18 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib. Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!