8 Avqust, 2019
Sumqayıtdakı zəncirvari qəzada beş nəfər xəsarət alıb

Sumqayıt yolunda zəncirvari qəzada xəsarət alan 5 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində Respublika Klinik Xəstəxanasına 5 nəfər müraciət edib.

Müraciət edənlər 41, 50, 58 yaşlı qadınlar və 23, 59 yaşlı kişilər olub. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!