6 Avqust, 2019
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək. Bunu İran XİN-in mətbuat katibi Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, nazirin ölkəyə səfəri çərçivəsində iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə olunacaq. Mətbuat katibi əlavə edib ki, İranın rəsmi şəxsləri həmçinin Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək. Səfərin dəqiq tarixi barədə məlumat yaxın zamanlarda veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!