5 Avqust, 2019
Bakı toza büründü

Bu gündən paytaxt ərazisində güclü külək başlayıb. Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü şimal küləyi səbəbindən ətraf ərazilərdə tozlu hava şəraiti müşahidə edilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü küləklə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlığa əsasən, avqustun 8-dək şimal-qərb küləyi müşahidə olunacaq. Avqustun 5-də isə yarımadanın bəzi yerlərində küləyin sürətinin arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!