5 Avqust, 2019
Bakıda güclü külək ağacları sındırır

Bu gün başlanan güclü külək Bakıda fəsadlar törədib. Oxu.Az xəbər verir ki, paytaxtın Ə.Haqverdiyev küçəsi 11, Mərkəzi Dənizçilər Xəstəxanası yaxınlığında külək nəticəsində ağacların budaqları sınıb və yola düşüb. Budaqların ərazidən təmizlənməsi üçün aidiyyəti qurumlar cəlb olunub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!