3 Avqust, 2019
Mağazadan oğurluq edənlər saxlanılıb

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan Polis Bölməsinin əməkdaşları cinayətkarlıqla qətiyyətli mübarizə aparırlar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mağazasından ərzaq malları, tütün məmulatı və enerji içkilərinin oğurlandığını bildirib.

Dərhal müvafiq araşdırmalar aparılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Polad Nəbiyev, Şəmsi Məmmədli və Samir Əliyev saxlanılıblar. Araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!