3 Avqust, 2019
Lionel Messi 3 aylıq diskvalifikasiya olunub

Argentina milli komandasının və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi cəzalandırılıb. Məşhur hücumçu yığmadan üç aylıq kənarlaşdırılıb. Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. Cəza müddəti qərar verildiyi gündən hesablanır. Öncədən 1 oyunluq cəza və 1,5 min dollar cərimə alan hücumçu ilə bağlı daha sərt qərar verilib.

Bu isə o deməkdir ki, 32 yaşlı forvard noyabrın əvvəlinə qədər Argentina yığmasının yoxlama və rəsmi matçlarından kənar qalacaq. O, Çili, Meksika və Almaniya ilə yoldaşlıq görüşlərini, həmçinin DÇ-2022-nin seçmə mərhələsinin ilk matçını buraxacaq.

L.Messi 50 min dollar cərimə də ödəməlidir. Futbolçu 7 gün ərzində apelyasiya verə bilər. Qeyd edək ki, argentinalı Amerika kubokunun Braziliya ilə yarımfinal oyunundan sonra hakimləri və KONMEBOL-u sərt tənqid edib, bürünc medal uğrunda görüşdən sonra mükafatlandırma mərasiminə qatılmayıb.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!