3 Avqust, 2019
Yevlaxda avtomobil aşıb

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax avtomobil yolunun Yevlax-Ləki hissəsində yoluna çıxan atla toqquşmadan yayınmaq üçün manevr etmək istəyən “VAZ 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb. Nəticədə sürücü Niftəliyev Müseyib Elgiz oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun durumu orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!