2 Avqust, 2019
İndoneziyada 7 ballıq zəlzələ olub, sunami xəbərdarlığı edilib

İndoneziyada 7 bal gücündə zəlzələ olub.  "Sputnik"-in verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Araşdırmalar mərkəzi məlumat yayıb.  İndoneziyanın Sumatra adasının cənub-qərbində qeydə alınan zəlzələnin dərinliyi 59 kilometrdir. İndoneziya Geofizika Agentliyi sunami xəbərdarlığı edib.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!