2 Avqust, 2019
Ukrayna səfiri Vilayət Eyvazovla görüşüb

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Daxili İşlər naziri Vilayət Eyvazovla görüşüb. Vladislav Kanevski bu barədə “Twitter” səhifəsində yazıb. Səfir bildirib ki, görüşdə Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanlarının gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir V. Eyvazovla görüş zamanı səfir Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!