1 Avqust, 2019
Bu həftə meteor yağışı olacaq

Bu həftə "Perseid" meteor axını baş verəcək. Səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq. Kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda “düşən ulduz” kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.

Qeyd edək ki, "Perseid" meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!