1 Avqust, 2019
Monqolustandan Trampın oğluna hədiyyə

Monqolustan hakimiyyəti ABŞ Prezidenti Donald Trampın oğlu Berrona at hədiyyə edib. Bu barədə Ağ Evin saytında məlumat verilir.

Heyvanı “Victory” (“Qələbə”) adlandırıblar. Bunu D.Tramp monqolustanlı həmkarı Xaltmaaqiyn Battulqa ilə görüşməzdən əvvəl deyib.

“Bloomberg” ABŞ administrasiyasının nümayəndəsinə istinadən yazır ki, Monqolustan rəhbərliyi atı Berrona X.Battulqanın Vaşinqtona səfəri zamanı deyil, hələ 2018-ci ildə hədiyyə edib. Mənbə qeyd edib ki, hazırda at Monqolustandadır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!