30 İyul, 2019
Bakıda psixiatriya xəstəxanasından pasiyent qaçdı

1 Saylı Respublika Psixiatriya Xəstəxanasından pasiyent qaçıb. Bu barədə Bakının Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib. Belə ki, 1997-ci il təvəllüdlü Əsgərov Fərid Fuad oğlu iyulun 29-da psixiatriya xəstəxanasından çıxaraq geri qayıtmayıb. Hazırda 12-ci Polis bölməsinin əməkdaşları onun axtarışı ilə məşğuldur.

Sabunçu rayonunda ötən sutkalar ərzində 16 yaşlı qız itkin düşüb. Ramana qəsəbəsinin sakini Piriyeva Aytac Orxan qızı iyulun 28-də səhər evdən çıxıb. Qızın valideynləri ayın 29-da polisə ərizə ilə müraciət ediblər, itkin düşmüş qız hələ tapılmayıb. Qeyd edək ki, ötən sutkalar ərzində itkin düşmüş beş nəfər qeydə alınıb, onların sırasında ana və bir yaşlı körpəsi də var. Göstərilən vaxt ərzində daha əvvəl itkin düşmüş bir nəfər tapılıb.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!