30 İyul, 2019
Rusiyanın 4 regionunda fövqəladə vəziyyət elan edildi

Rusiyanın dörd bölgəsində fövqəladə vəziyyət elan edilib.  “RİA Novosti”nin məlumatına görə, bu barədə Ekologiya və Təbbi Sərvətlər naziri Dmitri Kobılkin bildirib.

Nazirin sözlərinə görə hazırda ən çətin vəziyyət İrkutsk vilayəti, Krasnoyarsk ərazisi, Saxa Respublikası və Buryatiyada müşahidə olunur. O qeyd edib ki, hazırda yanğın sahəsi 2,7 milyon hektar ərazini əhatə edir ki, bu da ötən ilə müqayisədə 12 faiz çoxdur.

Nazir hələ ki, insanlar üçün təhlükəli vəziyyət yaranmadığını, lakin buna baxmayaraq proqnoz verməyin çətin olduğunu bildirib.

Baş nazir Dmitri Medvedyev isə qubernatorların baş verən fəlakəti nəzarətdə saxlamalı olduğunu bildirib və Təbii Sərvətlər naziri Kobılkinə vəziyyəti qiymətləndirmək üçün bölgəyə yollanmasını tapşırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!