29 İyul, 2019
Ermənistanda benzin dolu sisternlər yanır

Ermənistanın şimalında Tumanyan şəhərində dəmiryolu vağzalında benzin dolu sisternlər yanır. Bu barədə ölkənin Fövqəladə Xidməti xəbər yayıb. Məlumata görə, yanan 50 tonluq 2 sisterndir. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. Yanğının başqa sisternlərə də keçmək təhlükəsi olduğu bildirilir.

Dəmiryol idarəsinin yaydığı məlumata görə, xətdə ümumilikdə 29 vaqon var ki, onlardan 17-si benzinlə doludur. Qalan vaqonların boş olduğu qeyd edilir. Yanğının hansı səbəbdən başlaması hələ məlum deyil.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!