26 İyul, 2019
Yevlaxda avtomobil qəzası - ölən var

Yevlaxda yaşlı kişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Simsar.az - verilən məlumata görə, iyulun 25-də saat 21 radələrində Yevlax şəhəri ərazisində Zərdab rayon sakini Ə.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcına vurub və idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini T.Vəliyevin idarə etdiyi “OKA” markalı avtomobilə çırpılıb.  Nəticədə Ə.Əliyevin sərnişini 50-55 yaşlı kişi hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib.  Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!