25 İyul, 2019
Vüqar Talıbov EYOF-un FİNALINDA

Azərbaycan cüdoçusu Vüqar Talıbov XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF Bakı 2019) finala yüksəlib. 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəki üzərində inamlı qələbə qazanıb. O, qızıl medal uğrunda görüşdə Luigi Centraçio (İtaliya) - Rodriqo Pires (Portuqaliya) cütünün qalibi ilə görüşəcək. Qadın cüdoçu Aytac Qardaşxanlı isə yarımfinalda uduzub. O, finala gedən yolda rusiyalı Kseniya Qalitskayaya məğlub olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!