25 İyul, 2019
Külli miqdarda narkotik yandırıldı - QUSARDA

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Simsar.az - a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kəndi ərazisində yabanı halda bitmiş hündürlüyü 130 sm-ə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!