9 İyun, 2011
Neftin qiyməti ucuzlaşıb

Dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Simsar.az-ın “Blommberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət OPEK-in neft hasilatını artırmaq barədə qərarının gözlənilməsi fonunda düşüb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 1,07 dollar düşərək 98,02 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,54 dollar düşərək 116,24 dollar təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!