25 İyul, 2019
Türkiyədə zəlzələ olub

Türkiyədə 3,7 bal gücündə zəlzələ baş verib. Türkiyə KİV-nin verdiyi məlumata görə, yeraltı təkanların episentri Osmaniyə şəhərinin Kadirli rayonunda, ocağ isə 17 kilometr dərinlikdə yerləşib. Bildirilir ki, zəlzələ şəhərin digər rayonlarında da hiss edilib. Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!