24 İyul, 2019
Dənizdə batan 3 nəfərin axtarışları aparılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 3 nəfərin batması barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!