24 İyul, 2019
İranda sel - 2 nəfər həlak oldu

İranın üç vilayətində, Sistan və Bəluçestan, Fars və Hörmüzqan vilayətlərində 9 gün ərzində sel və daşqınlar nəticəsində 2 nəfər həlak olub. Bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib. M.Səliminin sözlərinə görə, bu müddətdə 32 şəhər və kənddə 2 min nəfərə yardım edilib. 72 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib. Xilasetmə əməliyyatı davam edir.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!