23 İyul, 2019
Avtomobil qəzasında 3 azərbaycanlı yaralandı - TÜRKİYƏDƏ

Türkiyənin Ərdahan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu gün səhər saatlarında Ərdahan-Qars yolunda baş vermiş qəza nəticəsində 8 nəfər yaralanıb. Onlardan 3 nəfərin Azərbaycan vətəndaşı, 5 nəfərin isə Türkiyə vətəndaşı olduğu bildirilir.

Yaralananlar Anaverdi Bağırova, Sevda Bağırova və Asiya Bağırovanın səhhəti hazırda normal qiymətləndirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!