22 İyul, 2019
Şirvanda yanğın olub

Şirvanda binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 400 m² olan birmərtəbəli binanın (fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!